Ukraynalı müğənni, Xalq artisti Sofiya Rotaru şəxsi həyatı barədə danışıb.
Lent.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, müğənni böyük ailədə böyüdüyünü, 2 qardaş və 3 bacısının olduğunu deyib.
“Xüsusilə qızların bəxti gətirməyib. 4 bacı, hamımız gənc yaşda dul qaldıq. Mən ərimi 21 il öncə itirdim. Aurika 18 il öncə, Lida və Zina isə daha tez həyat yoldaşlarını itirdilər.
Mənim ərim ideal insan idi. Səxavətli, xeyirxah və ağıllı kişiydi. Ondan sonra bir daha belə insana rast gəlməyəcəyimə əmin idim, daha evlənmədim”, - Rotaru bildirib.
Ərləri öldükdən sonra nə Sofiya, nə də bacıları ərə gedib. 76 yaşlı Sofiya Rotarunun bir qızı var.