Dünyaca məşhur model Öykü Baştaş 2017-ci ildə fotoqraf Furkan Temirlə eşq yaşamağa başlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük uzun müddətli münasiblətləri ötən gün münasibətlərini rəsmiləşdiriblər.
Öykü gəlinlik əvəzinə sadə paltar geyinib.
Digər tərəfdən, 2020-ci ildə verdiyi açıqlamada karyerasına necə başladığını açıqlayan Baştaş bunları söylədi: Modelliyə başlama prosesim təsadüflərin nəticəsi idi. Orta məktəbi bitirdikdən sonra Nyu-Yorka getdim, dil kursu keçdim və bir fotoqraf qadınla tanış oldum.
"O, mənə "Studiyama gəl, birlikdə nəsə çəkək, modellik etmək istəyirsən?" kimi şeylər dedi. Dedim ki, niyə olmasın? Həmişə modelliyə marağım olub, amma heç vaxt “model olmaq” fikrim olmayıb. Fotosessiyanı biz etdik. Dostum çəkdirdiyi şəkilləri agentliklərə göndərib.
"Oradakı agentliklərlə görüşməyə başladım. Bütün bunlar bir ay ərzində baş verdi. 7-8 agentliklə danışdım və nəhayət "Ford Models New York" adlı agentliklə müqavilə bağladım. Onlar məni Parisə göndərdilər, orada başqa agentliklə işlədim. Sonra Türkiyəyə qayıtdım. Bir müddət heç nə etmədim. Növbəti mövsüm Paris Moda Həftəsi üçün Parisə qayıtdım".