Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aparıcıları tənqid edib.
Lent.az xəbər verir ki, sənətçi bu barədə "Instagram" hesabında paylaşım edib.
"Acı həqiqət - gündən-günə zövqləri korlayanlar çoxalır. Hörmətsiz aparıcılar, bəsdirin bəzi verilişləri zibilxanaya döndərdiniz", - deyə, Hüseyn paylaşımında yazıb.
Bundan başqa, o, bəzi marketlərdə səsləndirilən musiqilərdən də şikayətlənib.