Məşhur cütlükdən XƏYANƏT XƏBƏRİ
16 sentyabr 2023 18:04 (UTC +04:00)

Məşhur cütlükdən XƏYANƏT XƏBƏRİ

"Safir" serialının baş rol ifaçıları Özge Yağız və Burak Berkay Akgül sevgililərindən eyni gündə ayrılıblar. Buna görə də onların özlərinin sevgilisi olduqları iddia edilib. İllərdir birlikdə olduğu Gökberk Dəmircini aldatdığı haqda xəbərlər yayılan Yağız bu iddianı qətiyyətlə rədd edərək, münasibətini qarşılıqlı söhbətlə bitirdiyini bildirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Akgüllə yollarını ayıran Hira Koyuncuoğlu da xəyanət iddialarından ilk dəfə danışıb.

Hira Koyuncuoğlu ötən gecə məkandan çıxarkən görüntülənib. Koyuncuoğlu hadisə ilə bağlı “Əslində şərh vermək istəmirəm. Çünki çox qəzəbli və kədərliyəm. Mənim üçün çətin vaxtdır. Mən danışmaq istəmirəm. Çox əsəbiləşdim və üzr istəyirəm, amma...”, deyərək maşını ilə sürətlə gedib.

Uzun illərdir birlikdə olduğu Gökberk Demircini aldatdığı iddia edilən Özge Yağız İnstaqram hesabında bu sözləri paylaşıb: “Bütün komanda yoldaşlarımla ürəkdən çalışdığımız yeni iş üçün həyəcanlıyam. Mən münasibətdə idim və bir ay əvvəl bir-birimizlə danışdıqdan sonra ayrıldıq. Həyatımda heç kim yoxdur. Deyilənlərə görə açıqlama vermək məcburiyyətində qaldığım üçün üzr istəyirəm. Mən sadəcə olaraq hamıdan hörmət gözləyirəm”, deyə yazıb.

# 4176
avatar

Fidan İlqar

Oxşar yazılar