Məşhur cütlük 7 il sonra EVLƏNDİ
30 iyul 2022 10:50 (UTC +04:00)

Məşhur cütlük 7 il sonra EVLƏNDİ

Məşhur aktrisa Ege Kökenli iki il əvvəl nişanlandığı sevgilisi Lior Ahituvla ailə həyatı qurub. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük pandemiya səbəb ilə təxirə saldıqları toylarını ötən axşam Beşiktaşdakı oteldə reallaşdırıb.

Dostları bu xoş gündə məşhur aktyoru tək qoymayıblar. Toyda Öykü Karayel-Can Bonomo cütlüyü, Kerem Bürsin, İrem Helvacıoğlu və Naz Çağla Irmak kimi adlar da iştirak edib.

Kökenli "Xoşbəxtik, həyəcanlıyıq. Təəssüf ki, pandemiya səbəbindən toy təxirə salındı. İndi tam 7 ildir evli cütlük olaraq qarşınızdayıq" dedi. 

Qeyd edək ki, Ege Kokenli "Yahşi Cazibe", "Çalıkan", "Günəşin Kızları", "Yasak Alma" kimi bir çox serialda rol alıb.

# 2715
avatar

Oxşar yazılar