Məşhur aparıcının keçmiş ərinə  10 il həbs   TƏHLÜKƏSİ
15 iyun 2022 17:36 (UTC +04:00)

Məşhur aparıcının keçmiş ərinə 10 il həbs TƏHLÜKƏSİ

Türkiyəli müğənni və aparıcı Songül Karlını 100 milyon lirə aldatdığını iddia edən keçmiş həyat yoldaşı Metin Yüncünün məhkəməsində tərəflər üz-üzə gəlib.

Lent.az xarici Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmədə çıxış edən Songül Karlının keçmiş həyat yoldaşı Metin Yüncü ittihamları qəbul etmədiyini deyib.

Songül Karlı da açıqlamasında bildirib: “İnanılmaz dərəcədə gözəl bir hekayə çıxardın. Təbrik edirik. Mənim burada nə işim var, mən dəli olmuşam? Uşağımın gələcəyi idi. Məni aldadan, gənc yaşlarımdan rəssam kimi bütün əmanətlərimi əlindən alan təqsirləndirilən şəxslərdən şikayət edirəm”.

Lakin ötən gün İstanbul 6-cı Ağır Cəza Məhkəməsində keçirilən iclasda həbssiz mühakimə olunan müttəhimlər və Songül Karlı iştirak etməyib. Tərəfləri vəkillərinin təmsil etdiyi iclasda dövlət ittihamçısı mahiyyəti üzrə rəy verib.

O xatırladıb ki, təqsirləndirilən şəxslərə qarşı “özünü dövlət məmuru və ya bank, sığorta, kredit təşkilatının işçisi kimi təqdim edən və ya qohum olduğunu deyərək dələduzluq edən şəxs” cinayəti ilə bağlı ictimai iş açılıb.

10 ilə qədər həbs...

Müttəhimlər Metin Yüncü və Sezai Temuroğlunun fikir və əməl birliyi ilə onlara qarşı “xüsusi dələduzluq” cinayəti törətdiklərinin bildirildiyi rəydə Yüncü və Temuroğlunun 3 ildən 10 ilədək azadlıqdan məhrum edilməsi istənilib.

Rəydən sonra təqsirləndirilən şəxslərə yekun müdafiəni hazırlamaq üçün vaxt verən məhkəmə iclası təxirə salıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3870
avatar

Fidan İlqar

Oxşar yazılar