Britaniyalı məşhur teleaparıcı Melani Sayks Turetta sindromundan əziyyət çəkdiyinə görə söyüş söymədən dayana bilmədiyini açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o efirdə söyüş söymək üçün icazə istəyib.
52 yaşlı aparıcı 2021-ci ildə autizmdən əziyyət çəkdiyini öyrənib.
“Çox çılğın idim. Söyüş söymək hər zaman içimdən gəlirdi, dilimi tuta bilmirdim. Sindromu öyrənəndən sonra özümü daha yaxşı anlamağa başlamışam”, - o bildirib.