Məşhur aparıcı 100 min dollarlıq  üzüyünü nümayiş etdirdi
07 sentyabr 2023 11:14 (UTC +04:00)

Məşhur aparıcı 100 min dollarlıq üzüyünü nümayiş etdirdi

Məşhur aparıcı Kseniya Sobçak sosial şəbəkə hesabında ard-arda iki gün dalbadal eyni paylaşımı edib. O bahalı sarı brilliant qaşlı üzüyünü nümayiş etdirib.

 Lent.az-ın xəbərinə görə, aparıcı xanım bir neçə gün öncə bahalı İsveç saatı ilə öyünmüşdü.
“Jewellery Digest” zərgərlik evinə məxsus sarı brilliant üzük iki şəffaf  brilliantla əhatələnib. Üzüyün qiyməti 100 min dollar təşkil edir.

 Kseniya 8 Mart qadınlar günündə əri Boqomolovun ona bağışladığı 40 min dollarlıq zümrüd və brilliantlarla bəzədilmiş üzüyünü göstərib, lovğalanmışdı.

Sosial şəbəkə izləyiciləri aparıcının öz bahalı zinət əşyalarını göstərib lovğalanmasını təqdir etməyiblər.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18654

Oxşar yazılar