Məşhur aktyordan italiyalı sevgilisinə  EVLİLİK TƏKLİFİ   -  FOTO
05 yanvar 2023 17:21 (UTC +04:00)

Məşhur aktyordan italiyalı sevgilisinə EVLİLİK TƏKLİFİ - FOTO

Məşhur aktyor Tuan Tunalı bir müddətdir münasibət yaşadığı italiyalı sevgilisi Angela Caccamo ilə evlənir.

Lent.az xəbər verir ki, aktyor model sevgilisinə Türkiyənin Sapanca adlı bölgəsində sadə mərasimlə bir evlilik təklifi edib. 

Özəl anlarını "Instagram" hesabında paylaşan Tuan fotolara "Hə, ya yox? Sonsuzadək hə" - qeydini yazıb. 

Qeyd edək ki, Tuan Tunalı bundan öncə 4 il evli olduğu həmkarı Hazal Filiz Küçükköse ilə 2018-ci ildə qalmaqallı şəkildə boşanmışdı.


 

# 2178
avatar

Nigar Namiq

Oxşar yazılar