Azərbaycanlı tamaşaçılara “Kurtlar vadisi”, “Söz”, “Ramo”, “Mavera”, “Kahraman Babam”, “Erkek Severse” seriallarından yaxşı tanış olan aktyor Görkem Sevindik bir bufetdə satıcılıq edərkən kameralara yaxalanıb.
Lent.az-ın xəbərinə görə, hazırda “Ateş kuşları” serialı ilə ekranlara çıxan aktyorun bu görüntüləri dərhal sosial şəbəkələrdə yayılıb.
Görkem Sevindik yayılan xəbərlərlə bağlı açıqlama verib. O bildirib ki, dostu ilə birlikdə özəl xəstəxanalardan birinin bufetini icarəyə götürüb və şəklil çəkilərkən bufetdə özü satıcılıq edib.
“Belə şeylərdən utanmıram. Əvvəllər avtomobil yuma məntəqəm var idi, hər işi özüm görürdüm”,- deyə o bildirib.