Hollivud ulduzu Silvestr Stallonenin qızları atalarının onlara şəxsi həyatları ilə bağlı problem yaşayarkən, psixoloji dəstək göstərmələrindən danışıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, “Rembo”nun qızları sevgililərindən ayrılarkən kömək üçün atalarına müraciət etdiklərini, Silvestrin onlar üçün ayrılıq məktubları yazdığını deyiblər.
26 yaşlı Sofiya, 24 yaşlı Sikstina bildiriblər ki, oğlanlarla münasibətləri kəsmək lazım olanda və ya sevgililərindən ayrılmaq istəyəndə atalarına müraciət edirlər, ataları onlar üçün münasib ayrılıq məktubları yazır.
“Atamız həmişə sevgililərimizlə tanış olanda ağzında siqar olur və ciddi görkəm alır. Bunu zəhmli görünmək üçün edir. Oğlanın hansı xarakterdə olduğunu öyrənmək üçün ona 4 dəqiqə bəs edir. Kişi psixologiyasını bizdən yaxşı bildiyinə görə, ən yaxşı ayrılıq məktublarını da o yazır”, - qızlar bildiriblər.