Məşhur aktyor jurnalisti  DÖYDÜ
22 may 2024 15:49 (UTC +04:00)

Məşhur aktyor jurnalisti DÖYDÜ


Fransalı aktyor Jerar Depardye Romada onun fotolarını çəkən italyan fotojurnalist Rino Barillariyə yumruq atıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, son illərdə cinsi təcavüz və şiddətlə ittiham olunan Depardye bu dəfə Romada fotomüxbirə hücumu ilə gündəmə gəlib. Ölkədə "müxbirlərin kralı" kimi tanınan Barillari "Messaggero" qəzetinə açıqlamasında bunları bildirib:

"Depardye üzümə üç yumruq vurdu. Başım ağrıyır. Artıq 15 yaşım yoxdur, 79 yaşım var". Bu gün şəhərdə taksi sürücülərinin “aclıq aksiyası” var idi, mən ora gedirdim. Onu çox gözəl bir xanımla gördüm və fotolarını çəkdim. Sonra yanıma gəldi və sifətimə üç yumruq vurdu. Bu barədə polisə məlumat verəcəm”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2595
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar