Türkiyəli aktyor İsmayıl Hacıoğlu boşanıb.
Lent.az-ın yerli mediaya istinadla xəbərinə görə, bu barədə onun keçmiş xanımı Duyğu Kumarki sosial şəbəkə hesabında məlumat verib.
Cütlük birinci dəfə 2015-ci ildə boşanmışdı. Ötən ilin dekabr ayında uzun ayrılıqdan sonra yenidən bir araya gəlsələr də, evliliklərini davam etdirə bilməyiblər.