2015-ci ildə "Kiraz mövsümü" romantik komediyasının çəkiliş meydançasında yolları kəsişən və dostluqları zamanla sevgiyə çevrilən Özge Gürel və Serkan Çayoğlu cütlüyü iyulun 14-də Almaniyada ailə həyatı qurublar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki,həmkarı ilə dünya evinə girən gözəl aktrisanın toy mərasimindəki kombisinin qiyməti açıqlanıb.
Belə ki, aktrisanın atlaz gəlinlik paltarının 15 min 800 TL (təxminən 1540 manat), dünyaca məşhur brendə məxsus mirvari detallı ayaqqabılarının 28 min TL (təxminən 2728 manat), mirvari sırğalarının 16 min 182 (təxminən 1576 manat), ağ eynəyinin isə 6 min 145 TL (təxminən 600 manat) olduğu məlum olub.
Yəni Özge Gürelin gəlinlik kombinlərinin ümumi dəyəri 66 min 127 TL-yə (təxminən 7000 manat) çatıb.
Qeyd edək ki, məşhur cütlüyün toy hədiyyələri Xərçəngli Uşaqlar üçün Ümid Fonduna bağışlayıb.