"Kişilər bəhanələr axtarır. Hər şeyi qadının boynuna atmaq olmaz”.
Lent.az-ın məlumatına görə, bu sözləri “Həmin Zaur” verilişində müğənni Mənzurə Musayeva deyib. O, keçmiş həyatından söz açıb:
“Kişi var ki, gedir, günlərlə evə gəlmir. Ailənin bəzi parametrləri var, onu pozmaq olmaz.
Övladım olmadığı üçün ayrılmışam. İndi həyat yoldaşım yalvarır ki, barışaq. Hamı məni yaxşı tanıyır, səhv hərəkətim yoxdur. Çörək pulumu qazanıb, otururam. İndi imkanım olsa, müğənnilikdən gedərəm".