Türkiyəli bəstəkar və müğənni Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edib.
Lent.az-ın məlumatına görə, “Event Office”in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutan konsertdə sənətçi “Aya benzer”, “Araba”, “İsyankar” və s. kimi tarixdən bu günə qədər bir çox gözəl mahnıları ilə azərbaycanlı sevənlərinin qarşısında çıxış edib.
Türkiyəli sənətçi bəzi mahnıları ilə tamaşaçıları “90-lar”a aparıb nostalji hisslər yaşadıb.
"Bakı ikinci şəhərimdir” deyə konserti başlayan sənətçi sonda "Məni yenə Azərbaycana çağırın" deyərək bitirib.