Türkiyəli şoumen Mehmet Eli Erbilin “Master şef” proqramı ilə məşhurlaşmış italiyalı aşpaz Danilo Zanna barədə işlətdiyi sözlər gündəmə bomba kimi düşüb.
Lent.az-n xəbərinə görə, türkcə maraqlı aksentlə danışan, yaraşıqlı və məşhur aşpaza son günlər film və reklamlardan təkliflər gəlməyə başlayıb.
Bu şoumen Erbilin xoşuna gəlməyib və buna etiraz olaraq sosial şəbəkə hesabında “Türkiyədə məşhur qalmadımı, Allahın italyanını bütün reklamlara çəkirsiniz? Onun bizim ölkəmizin tanıdılması üçün bir addım atdığını görmədik” yazıb.
Danilo hələlik Erbilə cavab verməyib.