Türkiyəli tanınmış şoumen Mehmet Ali Erbil ilk dəfə Boğaziçi mənzərəli villasının qapılarını açıb.
Lent.az xəbər verir ki, çox böyük və geniş olan villa Ərbilin keçmiş həyat yoldaşları tərəfindən dizayn edilib.
Hazırda isə o, bu evdə yeni sevgilisi Gülseren Ceylan ilə birlikdə yaşayır.
Evin bir çox əşyasında boz və bej tonları üstünlük təşkil edir.
İki ayrı bölmədən ibarət qonaq otağının bir hissəsi rustik üslubda təchiz olunmuş yemək masası ilə diqqət çəkir. Digər hissəsi isə antik mebellərlə bəzədilib.