66 yaşında yenidən toy edib bəy kimi masaya oturmaq arzusunda olan məşhur şoumen Mehmet Ali Erbil ötən aylarda gənc sevgilisi 26 yaşlı Gülseren Ceylanla barışdıqdan sonra tez-tez çılğın açıqlamalar verir.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bir müddət əvvəl açıqlama verən Mehmet Ali Erbil "Ailəsi qızı rədd etdi, sevgi ilə ayrılmalı olduq" desə də, yeni etirafı ilə hər kəsi təəccübləndirib.
Mehmet Ali Erbil Gülseren Ceylanla poza verib “Eşqim səni hamıdan çox sevirəm” yazıb.
Bir neçə gün öncə o evlənib yenidən uşaq sahibi olmaq istədiyini demişdi. Bu açıqlamanın qarşısında Erbilin 16 yaşlı oğlu “atam bunu etsə, özümü eyvandan atacam” xəbərdarlığını edib.