Maykl Ceksonun qardaşı öldü
16 sentyabr 2024 12:31 (UTC +04:00)

Maykl Ceksonun qardaşı öldü

“The Jackson 5” qrupunun üzvü və Maykl Ceksonun qardaşı Tito Cekson vəfat edib

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Amerikalı musiqiçi, The Jackson 5 pop əsl adı Toriano Edaryll Cekson olan musiqiçi 70 yaşında həyatla vidalaşıb.

Tito Cekson musiqiçilər ailəsinin doqquz uşağının üçüncüsü idi. 1960-1970-ci illərdə o, qardaşları Ceki, Marlon, Cermain və Maykl ilə birlikdə ABŞ-ın ən məşhur qruplarından biri olan “The Jackson 5”in üzvü idi. Tito qrupda bek-vokalçı və gitara ifaçısı kimi çıxış edirdi.

Bu qrupun əsas vokalisti Maykl Cekson sonradan solo ifaçı kimi bütün dünyada məşhurlaşdı. O, 2009-cu ilin iyununda 50 yaşında vəfat edib.
Tito Cekson da daxil olmaqla “The Jackson 5” üzvləri son vaxtlara qədər birlikdə konsertlər verməyə davam etdilər. Tito 2016-cı ildə Cekson ailəsinin ən sonuncusu olan Tito Time adlı debüt solo albomunu buraxıb.

Tito Ceksonun üç oğlu - Toriano, Taryll və Tito Co - öz 3T qrupunu yaradıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar