Maykl Cekson 35 yaşına qədər bakirə  imiş
09 oktyabr 2024 18:22 (UTC +04:00)

Maykl Cekson 35 yaşına qədər bakirə imiş

Maykl Cekson həyat yoldaşı Liza Mari Presliyə 35 yaşına qədər bakirə olduğunu etiraf edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu, mərhum Liza Mari Preslinin qızı Riley Keoq üçün yazdığı məlumatda yer alıb.

O bildirib ki,1993-cü ildə görüşməyə başlayanda pop kralı hələ bakirə imiş. Həmin vaxt Ceksonun 35, Preslinin isə 26 yaşı olub.

“Maykl mənə demişdi ki, Madonna da bir dəfə onunla yatmağa cəhd edib, amma aralarında heç nə olmayıb. Mən toyumuza qədər Maykla qarşı səhv hərəkət etməkdən qorxurdum" ,-  Lizanın xatirələrində yazılıb.

Cekson Lizanı ilk dəfə qız 6 yaşında Las-Veqasda görüb. O vaxt Ceksonun 15 yaşı var idi.

Qeyd edək ki, Liza dünya şöhrətli pop ulduz Elis Preslinin qızı idi.

Cütlük 1994-cü il mayın 26-da Dominikan Respublikasında evlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar