Manaf Fədayə və İlham Mirzəyev barədə danışdı: "Məni söydülər..."
04 fevral 2021 10:32 (UTC +04:00)

Manaf Fədayə və İlham Mirzəyev barədə danışdı: "Məni söydülər..."

Müğənni Manaf Ağayev bir zamanlar həbsdə olan müğənni Fədayə Laçın və aparıcı İlham Mirzəyev barədə danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı “Günə bir şou” verilişində bildirib ki, F.Laçınla İ.Mirzəyevdən inciyib:

"Fədayə Laçın həbs ediləndə gecə zülüm-zülüm ağladım ki, niyə belə oldu. Özümü atdım odun içinə. Fədayanı tanıyırdım? Mənə o lazım idi? Ancaq toyda görüşərdik, "salam-sağ ol" edərdik. Getdim evlərinə, bacısına, anasına, oğluna dedim, narahat olmayın. Dostlarımdan da pul yığdım, 2 il onlara kömək etdim. Sağ olsun, çıxdı, bu haqda hər yerdə dedi. Amma zindandan ağır gün yoxdur. Amma bütün günü canlı yayımda oturursan. Məni millət qınayanda deyə bilməzdin ki, belə şeylərə fikir vermə, hamı səni tanıyır. Manafı tərifləmə, tərifləsən söyəcəklər.

İlham Mirzəyevə gələk. Həbsdə olanda getdim yanına, dedim gələn olub? Dedi, yox, dedim gələn də olmayacaq. Çünki bu cəmiyyəti bilirəm. O, çıxana qədər evinə getdim, kömək etdim. Bir nəfərə deyib ki, Manafı müdafiə edə bilmərəm, məni söyəcəklər. Məni də sənin yanına gələndə söydülər ki, sən hara, o, hara".

 

# 7086
avatar

Yalçın UĞUR

Oxşar yazılar