"Mahidevran" yeni sevgilisi ilə  GÖRÜNDÜ   - FOTO
11 yanvar 2023 14:24 (UTC +04:00)

"Mahidevran" yeni sevgilisi ilə GÖRÜNDÜ - FOTO

Türkiyə kinosunda böyük səs-sədaya səbəb olan "Muhteşem Yüzyıl" serialında baş rollardan birini ifa edən aktrisa Nur Fettahoğlu yeni sevgilisi ilə görünüb. 

Lent.az xəbər verir ki, aktrisa sevgilisi ilə birgə avtomobildə jurnalistlərin kamerasına tuş gəlib. Hətta cütlük kameraları görüb panika düşərək, olduqları yerdən uzaqlaşıblar.  

Bundan başqa, sevgilisinin evli bir iş adamı olması iddiaları da Türkiyə mediasında müzakirələrə səbəb olub. Nur ertəsi gün bu barədə jurnalistlərə açıqlama verib. 

O, bildirib ki, iş adamını tanımır, ancaq sevgilisi subaydır:

"Haqqında danışılan adamı konkret olaraq tanımıram. Dəyər verdiyim sakit və hüzurlu bir münasibətim var. Hər şeydən öncə bir qız anası olaraq öz ailəmin və dəyər verdiyim adamın ailəsinin məhrəmiyyətini qorumaq məcburiyyətindəyəm. İki yetkin subay olaraq yaşadığımız münasibətin heç içində olmaq istəmədiyimiz hadisələri eşitmək istəmirəm. Bu, bizi narahat edir və təəccübləndirir".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6210
avatar

Nigar Namiq

Oxşar yazılar