Bir müddət öncə bağırsağında tapılan kəskin infeksiya səbəbilə septic şok keçirərək xəstəxanaya yatırılan dünya şöhrətli pop müğənni Madonna vəsiyyət yazdığını bildirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, müğənni vəsiyyətinin yerinə yetirilməsi üçün vəkillərinə təlimat verib.
64 yaşlı ulduz 850 milyon dollarlıq varidatının ölümündən sonra uşaqları arasında bərabər bölünməsini istəyib. O, öləndən sonra holoqram konsertinin təşkilini də qəti qadağan edib. Müasir texnikalar ölmüş sənətkarları sağ kimi göstərərək konsertlərini təşkil etmək və böyük qazanc toplamaq imkanı yaradır.
Madonna ölümündən sonra bu şəkildə yaşamaq istəmədiyini bildirib.