Madonnanı cavan saxlayan  pəhriz AÇIQLANDI
21 iyul 2025 14:52 (UTC +04:00)

Madonnanı cavan saxlayan pəhriz AÇIQLANDI

Bu diyetaya bir çox ulduzlar sadəcə fiquralarını deyil, eyni zamanda sağlamlıqlarını qorumaq üçün riayət edirlər.

Hollivudun məşhur simaları arasında xüsusi qidalanma rejiminə əməl edənlər var. Bu rejimin ürək-damar xəstəlikləri və onkoloji risklərin azalmasına kömək etdiyi hesab olunur. Belə həyat tərzinin tanınmış tərəfdarları arasında Madonna və Qvinet Peltro da yer alır.

Lent.az xarici mediaya istinadla bu dietada nələr yemək lazım olduğunu izah edir.

Madonna nə yeyir və niyə?

Söhbət makrobiotik qidalanmadan gedir – bu, sadəcə bir dieta deyil, sağlam həyatın bütöv bir fəlsəfəsidir. Burada əsas vurğu sadə və təbii, əsasən bitki mənşəli, əlavə və emal olunmamış qidalara verilir.

Bu sistemə əməl edənlər adətən tərkibində kimyəvi maddələr olmayan mövsümi tərəvəz və meyvələr, qəhvəyi düyü, yulaf kimi dənli bitkilər, mərcimək, kök tərəvəzlər və dəniz yosunlarından hazırlanan şorbalar istehlak edirlər. Bəzi hallarda dəniz məhsulları və ya üzvi ət də qəbul edilir, lakin yalnız bəzən və az miqdarda.

Bildirilir ki, Madonna brokoli, qoz, yerkökü, balqabaq, lobya, kələm (keyl) və turp yeməyə üstünlük verir. Qvinet Peltro da qidalanmada eyni yanaşmaya sadiqdir. O dəfələrlə vurğulayıb ki, onun üçün ən vacib olan - yerli, təzə, üzvi və sənaye üsulu ilə emal olunmamış qida məhsulları yeməkdir.

Makrobiotikanın üstünlükləri - effekt varmı?

Makrobiotikanın banisi sayılan Jorj Osava hesab edirdi ki, Şərq fəlsəfəsindəki balans prinsipinə əsaslanan bu qidalanma sistemi onun gənclikdə ağır xəstəliyə qalib gəlməsinə kömək edib. Daha sonra o, bu prinsipləri tam bir nəzəriyyə halına gətirib.

Lakin buna baxmayaraq, xərçəngin müalicəsi və ya qarşısının alınması ilə bağlı bu sistemin effektivliyini təsdiqləyən elmi sübutlar yoxdur. Cancer Research UK təşkilatı belə iddiaların elmi araşdırmalarla təsdiqlənmədiyini vurğulayır.

Bununla belə, makrobiotik qidalanmanın daha yumşaq versiyası həqiqətən faydalı ola bilər: aparılan araşdırmalar göstərir ki, bu rejimə əməl edən insanlarda adətən xolesterin səviyyəsi aşağı, artıq çəki problemi az və metabolik xəstəliklərə tutulma riski daha az olur.

Makrobiotikaya başlamaq istəyirsinizsə, nələri nəzərə almaq lazımdır?

Mümkün müsbət tərəflərinə baxmayaraq, makrobiotik qidalanma şüurlu yanaşma tələb edir. Heyvani mənşəli zülak, süd məhsulları və B12 vitamini mənbələrindən tam imtina, dəmir, kalsium, zülal və digər vacib qidaların çatışmazlığına səbəb ola bilər. Bu isə öz növbəsində yorğunluq, zəiflik, immunitetin aşağı düşməsi və hətta sağlamlıq səbəbilə istəmədən arıqlama ilə nəticələnə bilər.

Nəzərə almaq lazımdır ki, bu diyetanın erkən versiyaları çox sərt idi – əsas vurğu yalnız taxıllar və suya verilirdi. Belə yanaşma sağlamlıq üçün təhlükəli ola bilər.

Nəticə

Makrobiotika sağlam həyat tərzinin bir hissəsi ola bilər, lakin bu rejimə elastik, balanslı və mütləq şəkildə həkim və ya dietoloqla məsləhətləşərək yanaşmaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar