Ledi Qaqaya  fırıldaqçılıq   İTTİHAMI
27 fevral 2023 19:34 (UTC +04:00)

Ledi Qaqaya fırıldaqçılıq İTTİHAMI

Məşhur müğənni Ledi Qaqanı fırıldaqçılıqda ittiham edərək, məhkəməyə veriblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Los-Anceles dairəsinin Ali Məhkəməsinin sənədlərinə əsasən, Ledi Qaqanın itlərinə baxan Cenifer Makbrayd ondan ala bilmədiyi 500 min dollara görə məhkəmə davası açıb.

2021-ci ildə Ledi Qaqanın buldoq cinsli 3 iti oğurlanıb, müğənni itlərin tapılması üçün yarım milyonluq mükafat fondu vəd edib. Lakin itlər tapıldıqda müğənninin it baxıcısı Cenifer Makbrayd oğrularla əlbir olmaqda ittiham olunub və mükafatı ala bilmir.

Cenifer bildirib ki, buldoqların tapılması üçün verilmiş elanda köpəklər barədə məlumat verənə 500 min dollar veriləcəyi bildirilmişdi, artıq suallar veriləcəyi, istintaq açılacağı deyilməmişdi.

Buna görə qadın Ledi Qaqanı fırıldaqçılıqda ittiham edir, vəd etdiyi yarım milyonluq mükafatın verilməsini tələb edir.
 

# 1944
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar