Lalə qalmaqallı boşanmasından danışdı -  VİDEO
26 noyabr 2021 09:08 (UTC +04:00)

Lalə qalmaqallı boşanmasından danışdı - VİDEO

Əməkdar artist Lalə Məmmədova növbəti dəfə ailəsinin dağılmasından danışıb.

Lent.az-ın məlumatına görə, müğənni “Tam vaxtıdır” verilişində bu sözləri deyib: 

"Mən bu həyatda özümü iki ömür sürmüş bir insan kimi adlandıra bilərəm. Hər bir kəsin həyatında sınaq olur. Mənim sınağım çətin vaxta düşdü. Çünki bətnimdə övlad, yanımda da körpə qızım var idi. Təsəvvür edin ki, həm bu övladıma lazımam, həm də bətnimdəki uşağı sağlam dünyaya gətirməliyəm.

Allaha sığındım. Nə yaxşı ki, valideynlərim sağdır, onlar mənə dəstək oldular. Yoxsa həmin dövrləri keçə bilməzdim. Ayaqüstə qalmağıma, heç kəsə möhtac olmamağıma, həm maddi, həm mənəvi cəhətdən ən böyük dəstəkçim yuxarıda Allah, aşağıda valideynlərim və musiqi oldu. Amma aldığım o travmalar mənimlədir. Çünki indi öz keçirdiyim hisslərdən dolayı hamilə qadın gördükdə, mənə elə gəlir ki, onun üçün nəsə etməliyəm. Amma sıfırlandım və küllərimlə yenidən doğuldum. Həyatı yenidən başlamaq böyük güc tələb edir".

# 6231
avatar

Yalçın UĞUR

Oxşar yazılar