Kraliçanın gəlini  fırtına kimi   əsib keçdi
22 noyabr 2023 15:54 (UTC +04:00)

Kraliçanın gəlini fırtına kimi əsib keçdi

Son zamanlar  bir-birinə çox bənzəyən libaslarla göründüyü üçün tənqid olunan şahzadə Keyt Middleton nəhayət, pərəstişkarlarını heyrətləndirə bilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, tədbirlərdən birinə başdan-ayağa qırmızı geyinərək gəlməklə hər kəsi heyrətləndirib.

Cənubi Koreyanın dövlət başçısı və onun xanımı şərəfinə verilən ziyafətə al rəngli paltarda gələn Keytin geyimi heyran edib. O, libasını qırmızı şlyapa və tuflilərlə tamamlayıb.

Zinət əşyası olaraq yalnız brilliant qaşlı nişan üzüyü və qayınanası Dianadan qalmış sırğalardan istifadə edib.

Britaniya mətbuatında Keyt Middletonun  haqqında “Kraliçanın gəlini fırtına kimi əsib keçdi”  ifadəsi istifadə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4914
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar