32 yaşlı Natalya Truxina Kuznetsova daha çox Rus Amazonu adı ilə tanınır.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, uşaq vaxtı zəif, gücsüz və çəkisi az olduğu üçün atası onu idman məktəbinə yazdırıb. Bununla da Nataşanın həyatı yerli-dibli dəyişib. O, zamanla dünyanın ən tanınmış bodibilder qadınlarından birinə çevrilib.
Maraqlıdır ki, idmanda nailiyyətlər əldə etmək üçün kişi hormonlarından istifadə edən Natalya təkcə əzələləri ilə deyil, həm də kişi səsinə bənzəyən qalın səsi ilə hamını təəccübləndirir.
Amma özünü kişiyə çevirmək cəhdlərinə baxmayaraq, Natalya sevilən qadındır, ərə gedib, arzusu çoxlu uşaq dünyaya gətirməkdir.
İdmançı əri Vladislav Kuznetsov arvadının bədən formasını çox bəyəndiyini bildirib.
2015-ci ildə Vladislav Kuznetsovla evlənən Nataşa kişilərə üz tutaraq, “məndən əlinizi üzün, ürəyim ərimə aiddir” yazıb. Belə çıxır ki, bu qadının çoxlu kişi heyranları da var.
Əri isə “Arvadımın görünüşündən çox razıyam, onun mükəmməl forması var, özünü təkmilləşdirmək üçün atdığı hər addımını dəstəkləyirəm. Güclü qadının əri olmaq gözəl hissdir”, deyə o bildirib.