Məşhurlarımız yay tətilini harada keçirirlər? Ümumiyyətlə onların hamısı istirahətə çıxıbmı?
Lent.az bəzi məşhurlarımızın yay tətili barədə topladığı məlumatı təqdim edir.
Mətanət İskəndərli Lent.az-a bildirdi ki, onun istirahəti yay başlamadan, yazda başlayıb. Türkiyədə dincəlib. İndi isə rayonlarımızdan birində istirahət edir.
Xalq artisti Məleykə Əsədova öncə rayonlarımıza qısa müddətli səfərlər etdiyini, daha sonra xaricə gedəcəyini deyib. Çox zaman ABŞ və Yunanıstanı seçən aktrisa bu dəfəki səfərinin yerini gizli saxlayıb.
Muğam ustası Mirələm Mirələmov tətil üçün Gürcüstana gedib.
Zemfira Nərimanova xaricə gedəcəyini desə də, dəqiq ünvan vermək istəməyib.
Xalq artisti Mənsum İbrahimov və müğənni Manaf Ağayevin tətil yeri Elbrus dağları olub.
Müğənni Kərim ailəsi ilə birlikdə Misir dənizlərində dincəlib.
Fitnes ustası Kamil Zeynallı isə Dubayda şeyxlərə layiq istirahətdədir.
Müğənni Türkan Vəlizadə İstanbulu seçib. Rəqqasə Fatimənin sorağı Londondan gəldi.
Nigar Camal Bodrumda dincəlir.
Əməkdar artist Füzuli Hüseynov yayı Rusiyadakı bağ evində keçirir.
Aktyor Anar Heybətov Yardımlı rayonunda, reper Qurd isə Bakıda dənizdə istirahətə üstünlük verib.
Aktyor Elşən Cəbrayılov Bakıda dostunun bağ evində dincələcək.
Kənan MM, Röya Ayxan, Üzeyir Mehtizadə, Aygün Kazımova, Nəfəs, Damla, Vəfa Şərifova, Rəqsanə, tamada Nazilə Səfərli işlərinin çoxluğu səbəbilə hələlik yay tətili planlarını ləngidirlər.