Kərimi ad günündə kimlər yad etdi? - Ağamirzə OD PÜSKÜRDÜ
11 may 2023 12:07 (UTC +04:00)

Kərimi ad günündə kimlər yad etdi? - Ağamirzə OD PÜSKÜRDÜ

Uzun müddətdir ağır yataq xəstəsi olan meyxana ustası Kərimin may ayının 1-də ad günü olub. Bir neçə dostu həmin gün Kərimə baş çəkib. 

Bu barədə Lent.az-a meyxanaçı Ağamirzə məlumat verib.

Onun dediyinə görə, həmin gün  həmkarlarından yalnız maştağalı Tərlan və Xosrov adlı iki meyxanaçı Kərimi ziyarət edib.  Bundan əlavə Şirzad adlı operator, Hacı Rahim və Azər adlı bir qohumu xəstə sənətkara baş çəkiblər.

“Kərimin vəziyyəti heç ürəkaçan deyil. Bir neçə dəfə “məni tanıdınmı?” soruşdum.  Çətinliklə “hə” dedi. Çox danışa da bilmir. Beyni quruyur. Bu dərdin çarəsi bircə Allaha qalıb. Həkimlik bir iş yoxdur”,- deyən meyxanaçı qeyd edib. 

“Kərimin ailəsinə meyxanaçılar tərəfindən maddi dəstək göstərilirmi?” sualına Ağamirzə böyük təəssüf hissi ilə cavab verib:

“Hamısı dil pəhləvanlarıdır, heç kim onlara maddi dəstək göstərmir. Bir zamanlar Kərimə “ustadım, ustadım” deyənlərin heç biri ortalıqda yoxdur. Meyxanaçıların 80 faizi özünü onun yetirməsi hesab edirdilər. Hanı bəs? Niyə görünmürlər. Gəmi batanda gəmini birinci siçovullar tərk edir. Onun sayəsində məclislərə ayaq açmış, məşhurlaşmış, pul qazanmış adamların heç birinin yadına Kərim düşmür. Xəstələndi, yaxınlar da uzaqlaşdı. Kərim - Kərim deyənlərin heç biri bir dəfə də qapısını açmayıb. Mən  hərdən gedirəm. Amma nə olsun, mən də heç dost kimi öz borcumu yerinə düzgün yetirmirəm”. 

Qeyd edək ki, Kərim Novruzov 1964-cü il mayın 1-də  Bakının Maştağa kəndində anadan olub. Şəkər xəsətliyindən əziyyət çəkən meyxanaçı 2017-ci ildə ağır insult keçirib. 2021-ci ilin dekabr ayında ikinci dəfə insult keçirdikdən sonra yatağa məhkum olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9903
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar