Müğənni Kərim Abbasov qatıldığı teleproqramlardan birində keçmiş həyat yoldaşı, illərlə qalmaqal yaşadığı və hazırda həbsxanada olan prodüser Təranə Səmədovanın yanına getməsindən danışıb.
Lent.az-ın xəbərinə görə, bir müddət öncə müğənni öz sosial şəbəkə hesabında həbsxanaya, Təranə üçün sovqat aparması barədə paylaşım edib. Bu da müzakirələrə səbəb olub.
"Təranənin yanına getdiyimi paylaşıram. Çünki Təranə elə adamdır ki, sabah çıxanda gözünün qabağında olsun. Heç olmasa düşünsün ki, onu vurdum, pisliklər etdim, evini, ruzisini yıxdım, cadu etdim, amma mənə yaxşılıq etdi. Həbsdən çıxandan sonra mənə pislik etməsin. Onu alıb xanım etmişəm. Məndən boşanandan sonra da gedib ailə qurardı, axmaq mən oldum. Sevmədim, ona öyrəşdim. Onun yanına ürəkdən getmədim. Özü yalvardı, dedi heç kimim yoxdu, kömək elə. Xanımım dedi get və adına layiq get.
Təranə azadlıqda olanda dedi, Kərimi məhv etməliyəm. Məni o qədər vurdu ki. Allaha əlimi açdım və dedim ki, elə et ki, Təranəni mənə möhtac et. Etdi də".