Hollivud ulduzu Bredli Kuper keçmiş sevgilisi, supermodel İrina Şeykin futbolçu Tom Bredi ilə sevgili olması xəbərini narahatlıqla qarşılayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktyor model sevgilisini geri qaytarmaq üçün cəhdlər edib.
“Bredli ilk dəfə anladı ki, bu futbolçu İrinanı onun əlindən həmişəlik ala bilər”, - məlumatda vurğulanır.
Bunun nə dərəcədə doğru olduğunu isə kimsə bilmir. Çünki Bredli hazırda Hillari Klintonun keçmiş köməkçisi ilə sevgilidir.