Ötən ay MTV Azərbaycan telekanalına icraçı direktor əvəzi təyin olunan ssenarist Fariz Əliyev vəzifəsindən ayrılıb.
Lent.az xəbər verir ki, bu barədə prodüser-aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında məlumat yayıb.
"Fariz ilk gələndə təbrik edən mən oldum. İndi də gedib, ilk mən yazım. Vallah MTV Azərbaycanın "naftalin" aparıcılara ehtiyacı yoxdur. Onlar normal olsaydılar başqa kanallar çağırardı. Ehtiyacımız yoxdur. Kanalımızda yaltaqlar çoxdur" - deyə o bildirib.