“Kelvin Klein” moda evinin son kolleksiyası bütün dünyada olduğu kimi Azərbaycanda da maraqla qarşılanıb.
Lent.az-ın xəbərinə görə, bu məşhur markanın “oversize” ( bədəndə çox boş qalan, geniş model) kostyumları 2024-cü ildə də dəbdə olacaq.
Brendin yayımladığı fotolar isə sosial şəbəkələrin Azərbaycan seqmentində maraqlı müzakirələrə səbəb olub. Sosial şəbəkə izləyiciləri müğənni İzzət Bağırovun gənclik şəkillərini müqayisə edərək zarafatla onun hələ 25 il öncə bu stili yaratdığını, "Kelvin Klein” brendinin siması olduğunu bildiriblər.
Qeyd edək ki, 1990-cı illərdə Azərbaycanda geniş şalvar və pencəklər dəbdə olub. İzzət bağırovun fotodakı geyimi də dövrünün son dəbinə uyğun idi.