Dünya şöhrətli model İrina Şeyk tez-tez qeyri-adi şəkillərlə pərəstişkarlarını təəccübləndirir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu dəfə gözəl modelin yaradıcı tərəfdaşı toyuq olub.
Model qucağında tutduğu toyuqla fermadan şəklini paylaşıb.
Çəkiliş üçün İrina uzun məxmər don, dəri palto və gün eynəyi taxıb. Model stilini “GUCCI” brendindən olan əl çantası çəkmələrlə tamamlayıb.