Biznes ledi və teleaparıcı Kim Kardaşyan öz proqramında məşhur model İrina Şeyki sərt tənqid edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, supermodel Şeykin onun hərəkətlərini yamsıladığını, stilini və kişilərini oğurladığını deyib.
“Biz Kanye Uestlə ayrılan kimi İrina onunla münasibət qurdu. Mən Tom Bredi ilə göründüm, İrina dərhal Tomu ələ keçirdi.
Məni yamsılayanda nifrət edirəm. Şeyk stilimi, obrazımı yamsılayır, hətta keçmiş kişilərimi belə ovlayır”, - o qeyd edib.