Türkiyəli müğənni İrem Derici dünən Harbiye açıq hava konsert salonunda 1 aydır hazırlaşdığı konserti gerçəkləşdirdi.
Lent.az-ın xəbərinə görə, 16 nəfərlik ansambl və 20 rəqqasdan ibarət kollektiv tamaşaçılara maraqlı anlar yaşadıb.
İrem Derici konsetin hazırlanmasına 3 milyon xərclədiyini bildirib. O bunun türk lirəsi, yoxsa dollar olduğunu açıqlıqlamayıb.
O, müxbirlərdən incidiyini də vurğulayıb.
“Konsertim qalıb bir kənara, hamı gündə bir sevgili dəyişdiyimi deyir. Əcəb edirəm. Ürək mənim, bədən mənim, istəsəm hər gün birini sevərəm”,- deyib.