İntihar edən   məşhur aktrisa ilə bağlı YENİ FAKTLAR
10 mart 2025 18:12 (UTC +04:00)

İntihar edən məşhur aktrisa ilə bağlı YENİ FAKTLAR

Məşhur amerikalı aktrisa Pamela Bah intihar etməzdən əvvəl illərlə dözülməz ağrılarla yaşayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Baywatch” filmində Kay Morqan rolunu canlandıran sənətçinin nümayəndəsi bildirib ki, onun həyatına avtomobil qəzası mənfi təsir edib və o, yeriyə bilmirdi.

Ağır qəza və onun sonrakı fəsadları

New York Post-a açıqlama verən Terri Ahernin sözlərinə görə, 2003-cü ildə Hollivud ulduzu motosiklet qəzasına düşüb. Aktrisanın keçmiş əri Devid Hasselhofla birlikdə motosiklet sürdüyü zaman səki bordürünə çırpılıb. Nəticədə Bah yol kənarına atılıb və xəstəxanaya yerləşdirilib. Onun boyun və onurğa sütununda çoxsaylı sınıqlar olub.

Həkimlər Pamela Baha artıq yeriyə bilməyəcəyini desələr də, o, uzun müddət əlil arabasında qaldıqdan sonra yenidən ayağa qalxmağı bacarıb. Ancaq qəzanın nəticəsi olaraq o, artrit xəstəliyinə tutulub.

İllərlə davam edən ağrılar və son

Terri Ahern bildirib ki, artrit insan yaşlandıqca şiddətlənir və Pamela Bah-ın bədəni illər ərzində bu xəstəlik səbəbindən məhv olub.

"Bu onu daim incidirdi. Pamela xeyirxahlıq, incəlik və sevgini təcəssüm etdirirdi. O, heyvanları və insanları sevirdi, yaxınlarını qiymətləndirirdi. Kiməsə kömək lazım olduqda, ilk ona müraciət edərdilər. Onun təbəssümü və gülüşü qəlbimizdə əbədi iz buraxdı," –  o əlavə edib.

Qeyd edək ki, Pamela Bah 62 yaşında vəfat edib. Onun cəsədi Los-Ancelesdəki mənzilində tapılıb. Aktrisa odlu silahla özünə atəş açaraq intihar edib. O, ölümündən əvvəl heç bir vida məktubu qoymayıb, bu səbəbdən intiharının dəqiq səbəbi bilinmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar