Türkiyəli müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtakına İstanbulda Nişantaşında hücum ediblər.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hadisə İstanbulda yerləşən gözəllik salonunda baş verib. 4 nəfər xarici vətəndaş salonda dırnaq baxımı etdirən zaman Dilan və şəxslər arasında mübahisə yaşanıb. Gözəllik mərkəzini tərk etdikdən sonra əcnəbi vətəndaşlar bir az sonra geri qayıdıb və içəridə olanlara hücum ediblər.
İnsident nəticəsində müğənninin qızı xəsarət almasa da, işçilərindən biri aldığı zərbə nəticəsində başından yaralanıb.
D.Tatlıses məsələ ilə bağlı polisə şikayətçi olub.