Hüseyndən xanımına QADAĞA : "Milyardlar versələr..." -  VİDEO
17 yanvar 2022 12:56 (UTC +04:00)

Hüseyndən xanımına QADAĞA: "Milyardlar versələr..." - VİDEO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu həyat yoldaşı aktrisa Aysel İbrahimovaya etdiyi qadağadan söz açıb.

Lent.az-ın məlumatına görə, musiqiçi “Zaurla Günaydın” verilişində bildirib ki, xanımı el şənliklərində müğənni kimi çıxış edə bilməz: 

“Mən demişəm, yoldaşım yalnız konsertlər və dövlət tədbirlərində oxuya bilər. Başqa heç bir yerdə səhnəyə çıxa bilməz. Milyardlar belə təklif etsələr, bu mümkün deyil. Bu bizim ailə qanunlarımızdır”. 

Onun sözlərindən sonra xanımı Aysel də fikirlərini bölüşüb: “Ümumiyyətlə, dövlət tədbirlərində uşaqlıqdan mahnılar oxuyurdum. El şənliklərində iştirak etməmişəm. Bundan sonra da istəmirəm. Çünki belə qərara gəlmişik”. 

Qeyd edək ki, Hüseyn və Aysel ötən il evlənib. Onların bu nikahdan bir oğlu dünyaya gəlib. Bu, hər iki sənətçinin ikinci evliliyidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4572
avatar

Yalçın UĞUR

Oxşar yazılar