Hülya Avşar ölümdən  döndü: Maşını dənizə düşəcəkmiş
23 dekabr 2025 16:44 (UTC +04:00)

Hülya Avşar ölümdən döndü: Maşını dənizə düşəcəkmiş

0

Uzun fasilədən sonra yeni layihəsi ilə ekranlara qayıtmağa hazırlaşan Hülya Avşar İstanbulun Tarabya sahilində yol qəzası keçirib. 

Lent.az yerli mediaya istinadla xəbər verir ki, Avşar doğum günü münasibətilə özünə hədiyyə etdiyi təxminən 10 milyon lirə dəyərində olan “Mercedes” markalı avtomobili ilə hərəkətdə olarkən əyləc əvəzinə qaz pedalını basıb və avtomobil dənizin kənarında yerləşən divara çırpılıb.

Hadisə zamanı böyük təhlükə ilə üzləşən Avşar son anda avtomobilin dənizə düşməsinin qarşısını ala bilib. Qəza nəticəsində avtomobil ciddi ziyan görüb və daha sonra servisdə təmir olunub.

Qəzadan sonra sosial şəbəkə hesabından açıqlama verən Hülya Avşar hadisənin təxminən bir ay yarım əvvəl baş verdiyini bildirib. O, səhhətinin yaxşı olduğunu vurğulayıb: “Yaxşıyam. Narahat olub zəng edən, mesaj yazan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Avşar son günlər səhnələrə və ekranlara qayıdacağı yeni layihəsi ilə gündəmdə idi. Yaşanan hadisəyə baxmayaraq, onun sağlamlıq durumunun normal olduğu açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar