Məşhur müğənni və aktrisa Hülya Afşarın keçmiş əri Kaya Çilingiroğlu yeni sevgilisi ilə yaxalanıb.
Lent.az-ın Türkiyə mdiasına istinadən xəbərinə görə, o İstanbulun Etiler məhəlləsində bir kafedə sevgilisi ilə öpüşərkən görülüb. Uzun saatlar birlikdə oturuan cütlük ətrafdakıların marqlı baxışlarına əhəmiyyət verməyib.
Bir müddət öncə verdiyi müsahibələrədən birində “Hülya Avşar ilə yenidən evlənməyi düşünürsünümü?” sualına cavab verən Kaya bəy “Əsla. Biz qızımız Zəhra üçün evlənmişdik. Onun üçün də ayrı durmuruq, dostluğumuz davam edir” cavabını verib.
Kaya Çilingiroğlu və Hülya Avşarın Zəhra adlı bir qızı var.