Hollivud rejissoru və prodüsseri Stiven LaMorte hər kəsin sevimli Disney personajı Mikki Mausu qorxu filmində istifadə edəcək.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, gələcək filmin ilk treyleri yayılıb.
LaMortenin ssenarisinə əsasən, sadist siçan bir qrup diqqətsiz bərə sərnişinini təqib edəcək. Çəkilişlərin 2024-cü ilin yazında başlaması planlaşdırılır.
Bir neçə il əvvəl Vinni Puh obrazı da qorxu filmində istifadə olunub.