Məşhur aktyor Jake Gyllenhaal
09 avqust 2021 18:05 (UTC +04:00)

Məşhur aktyor Jake Gyllenhaal

Hollivudun məşhur ulduzları aylarla çimmir - “Buna ehtiyac yoxdur”

Hollivud ulduzları çimmək vərdişləri ilə bağlı açıqlamaları ilə təəccübləndirməyə davam edirlər.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, məşhur aktyor Jake Gyllenhaal, bir markanın ətir qoxusunun tanıtımlarında iştirak edərkən son zamanlarda trend halına gələn şəxsi gigiyena etiraflarından birini edib. Mila Kunis, Aşton Kutçer, Kristen Bell və Dax Şeparddan sonra Jake Gyllenhaal da çox gec-gec çimdiyini açıqlayıb. Müsahibədə Gyllenhaal çimməyə çox ehtiyac duymadığını ifadə edərək deyib:

"Düşünürəm ki, çiməmək dəriyə qulluq üçün həqiqətən faydalıdır. Təbii olaraq onsuzda özümüzü təmizləyirik".

Qeyd edək ki, keçən aylarda, Aşton Kutçer və həyat yoldaşı Mila Kunis, çox çimmədiklərini və uşaqlarını da gözlə görüləcək qədər çirklənmədikcə yuyundurmadıqlarını bildirmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4392
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar