Məşhurlar müxtəlif səbəblərdən xarici görünüşlərində kəskin dəyişikliklərə gedirlər, lakin buna baxmayaraq uğur qazanmağa davam edirlər. Bəzilərini isə tanımaq belə çətin olur. Hollivudun məşhur keçəl aktyorları sübut edirlər ki, hətta saçsız da insan xarizma, cəsarət və uğur simvolu ola bilər.
Lent.az xarici mediaya istinadla on nəfər keçəlliyin onların üslub, xarizma və özünəinam vizit kartına çevrildiyi dünya səviyyəli aktyoru təqdim edir.
Hollivud yaxşı bilir ki, parlaq keçəl başlı maço obrazı necə güclü təsir yaradır, və məhz bu kişilər saç tökülməsini uğurlu karyeralarının bir hissəsinə çevirməyin nümunəsi olublar.
Ceyson Steytem
Ceyson Steytemin xarizması və idman forması onun keçəl başını ideal obraz edir. Aktyor dəfələrlə etiraf edib ki, saçlarının xətti hələ gəncliyindən geri çəkilməyə başlayıb, buna görə də mübarizə aparmaq əvəzinə keçəlliyi öz üslubunun bir hissəsi kimi qəbul edib. Və bu qərar tamamilə düzgün olub: məhz bu obrazla o, döyüş filmlərinin ulduzuna çevrilib.
Dveyn Conson
Dveyn “Qaya” Conson da uzun müddətdir ki, keçəl başlı obrazla assosiasiya olunur. Keçmiş güləşçi və indi kassalı blokbasterlərin ulduzu etiraf edib ki, sadəcə saçlarla məşğul olmamağı qərara alıb, çünki onlar getdikcə seyrəkləşib. Tamamilə qırxılmış baş və atletik bədən quruluşu Consonu müasir Hollivudun ikonuna çevirib.
Bryus Uillis
Bryus Uillisin hələ 90-cı illərdə yavaş-yavaş saçı tökülməyə başlayıb. Lakin sonradan bu faktı özünün vizit kartına çevirib və bununla fəxr edib. “Sərt qoz” filmlərində müxtəlif saç düzümü ilə çıxış etsə də, əsl əfsanəyə məhz keçəlliyi tam qəbul edib saç əkdirilməsindən imtina etdikdən sonra çevrilib. Nəticədə onun obrazı bütöv bir nəslin kişi xarizmasının simvoluna çevrilib.
Deyv Batista
“Qalaktikanın Mühafizəçiləri”ndəki Draks obrazı ilə tanınan Deyv Batista da keçəllər sırasındadır. O, saç tökülməsi ilə barışıb və indi onları tamamilə qırxır. Bu isə ona daha çox ciddilik və brutallıq qatır, xarici görünüşünü daha ifadəli edir.
Vin Dizel
Keçəlliyi brendə çevirən digər aktyor. Gəncliyində saçları qıvrım idi. Ancaq o, qəsdən onlardan xilas olmağı seçib ki, üsyankar rollara daha çox uyğun gəlsin. Beləliklə, üz cizgilərini və dərin baxışını vurğulayıb ki, bu da onun kult filmlərdəki rolları üçün açar olub. Bu gün “Forsaj”ı Vin Dizelin canlandırdığı Dom Toretto obrazı olmadan təsəvvür etmək çətindir.
Laurens Fişbern
Lourens Fishbern gəncliyində gur saçlara sahib olub, lakin yaşlandıqca tökülməyə başlayıb. Zamanla aktyor filmlərdə və tədbirlərdə getdikcə daha çox qısa saçlı və ya tamamilə keçəl halda görünməyə başlayıb. Bu obraz onun ciddiliyini və nüfuzunu vurğulayıb - tamaşaçılar onu kult “Matrisa” trilogiyasındakı Morfeus obrazı ilə məhz belə xatırlayırlar.
Con Travolta
Ulduz uzun müddət saç problemini pariklər, örtüklər və saç əkilməsi ilə gizlədib. Lakin 2019-cu ildə aktyor tamamilə keçəl başla görünüb və saysız-hesabsız komplimentlər alıb. Məlum olub ki, keçəl baş ona az qala 70-80-ci illərin kult saç düzümləri qədər yaraşır. Bir çox fanatlar qeyd edirlər ki, Travolta bu obrazda daha da kişi kimi görünür.
Çenninq Tatum
Aktyor 2020-ci ildə yeni filmin çəkilişlərindən sonra kəskin obraz dəyişikliyinə müraciət edib. O zaman bunu canlandırdığı obrazdan “azadetmə ritualı” adlandırıb. Sonradan isə Tatum minimalist üslubu seçib, çünki görüb ki, bu ampulada onu daha çox layihələrə dəvət edirlər. Həqiqətən də, onun saç kəsimi idman quruluşunu və kəskin üz cizgilərini vurğulayaraq olduqca orqanik görünür.
Patrik Stüart
Məşhur aktyor genetik alopesiya səbəbilə kifayət qədər gənc yaşda keçəl qalıb. Özü etiraf edib ki, bu, onun özünə inamına zərbə olub, lakin məhz bu obraz ona “Ulduz Trek” və “X-Men” filmlərində tanınma gətirib. Keçəl Stüart əsl əfsanəyə çevrilib və sübut edib ki, istedad və xarizma hər hansı saç düzümündən daha önəmlidir.
Stenli Tuççi
Aktyor saç tökülməsini heç vaxt gizlətməyib. İllər keçdikcə o, ictimaiyyət qarşısına tamamilə keçəl başla çıxmağa başlayıb və bu obraz ona status qazandırıb. Tuççi tez-tez intellektual və ya xarizmatik obrazlar canlandırır və tam qırxılmış baş onun zərif üslubunu daha da vurğulayır.