Bu gün Hollivud ulduzu, kinoaktrisa Kemeron Diasın 51 yaşı tamam olur.
Lent.az “Göz önündə” rubrikasında bu gözəl aktrisanın haqqında maraqlı faktları təqdim edir.
4 dəfə “Qızıl qlobus” mükafatı və çoxlu sayda müxtəlif nüfuzlu kino mükafatları almış Kemeron uşaqkən çox davakar qız olduğunu deyib.
Zooloq olmağı düşünürdü və evində hər cür heyvan, o cümlədən ilan bəsləyirdi. Reper Snup Doqla eyni sinifdə oxuyan Diasın nə zamansa ulduz olacağı ağlına gəlmirdi. Amma o Hollivudun ən tələb olunan simasına çevrildi, 50-dən çox filmə dəvət aldı.
Böyük bacısı ilə birlikdə tez-tez oğlanlarla dava edərmiş.
16 yaşı olanda bir fotoqrafın onu görməsi ilə həyatı dəyişib. Model kimi fəaliyyətə başlayan Kemeron tezliklə “Çarlinin mələkləri”, “Maska” filmləri ilə şöhrətlənib. Bu filmlərdən sonra o, Hollivudun ən seksual aktrisası adını qazanıb.
Alman, hindu, ingilis, kubalı qanlarının qarışığını daşıyır və gözəlliyini bu qarışıq qana borclu olduğunu deyir.
Kemeron “Şrek” cizgi filmində Fionanı səsləndirdiyinə görə 10 milyon dollar qazanıb. Hazırda Hollivudun ən bahalı aktrisalarından biri hesab olunur.
Gözəl Kemeronun həyatında bir neçə kişi olsa da, bu münasibətlər uzun sürməyib. Ona görə həyatda ən çox özünə güvəndiyini bildirir.
O prodüser Karlos Torre, aktyor Mett Dilan, Cerard Leto, reper Castin Timberleyk, beysbolçu Aleks Rodriqes, musiqiçi Bendci Medden ilə sevgili olub. 2015-ci ildə Medden ilə ailə quran aktrisa 4 il öncə ana olub. Bir qızı var.
“Gec ana oldum, çünki özümü hazır hiss etmirdim. Bu çox fərqli duyğudur. Amma bir də sınaqdan keçirmək olar. 40 yaşdan sonra ana olmaq qadını gəncləşdirir, uşaqların dünyasını daha yaxşı başa düşürsən. Amma bu hər bir halda asan deyil”,- deyə o qeyd edib.