Ulduz olmaq asandr, zirvədə qalmaq çətin.
Lent.az dünya kinosuna yön verə Hollivuddan qovulmuş, zirvədə qalmağı bacarmamış 4 məhur barədə məlumat verir.
Mel Gibson bir zamanlar dünya kinosunun superulduzu hesab olunurdu. Lakin “Cəsur ürək”lə bağlı antisemit fikirlərə görə kinodan uzaqlaşdırıldı. Daha sonra alkoqol asılılığından və əsəb xəstəliyindən əziyyət çəkən aktyor 2004-cü ildə Hollivudun ən qalmaqallı aktyoru adını aldı.
Bir zamanların ən yaraşıqlı aktyoru olan Çarli Şin qonorarı çox almasına baxmayaraq, bir qədər də artıq qonorar tələb edincə, qara siyahıya düşdü. Narkotik asılılığına düşən aktyorun karyerası HİV virusuna yoluxması ilə başa çatdı.
Lindsi Loxan kinoya uşaq yaşlarında gəlib. Gəncliyində milyonçu adını almış aktrisa narkotik və alkoqolizm girdabına uğrayınca kinonun qapıları üzünə bağlandı. İndi çəkilmək üçün yalvarsa da, hələlik rol təklifi almır.
Ketrin Hayql isə tamamilə xəbis rejissorların və menecerlərin qurbanına çevrildi. O məşhurlaşdıqdan sonra əvvəllər çəkildiyi seriala daha çəkilmək istəmyincə, haqqında xoşagəlməz şailər buraxıldı. Ketrini davakar, istedadsız adlandırıb qara siyahıya saldılar.