Hollivud ulduzu Uill Smitin xanımı, aktrisa və müğənni Cada Pinket Smit intim sirləri barədə məlumat verib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Cada Uill Smitlə xüsusi seks otaqlarının olması barədə danışıb.
O bu barədə “Worthy” adlı avtobioqrafik kitabında məlumat verib.
Aktrisa bildirib ki, uşaqları balaca olarkən onların yataq otaqlarına girib mane olmamaları üçün ər-arvad özlərinə xüsusi seks otağı hazırlayıb və bütün fantaziyalarını bu otaqda gerçəkləşdirib.
“Bu bizim sevgi yuvamız idi. Hər bir insanın özünün şəxsi məkanına ehtiyacı var. Mən evimdə belə bir məkan yaratmışdım. Bu bizim münasibətlərimizi canlı saxlayırdı”,- Cada bildirib.
Qeyd edək ki, 52 yaşlı Cada və 55 yaşlı Uill 2016-cı ildən ayrı evlərdə yaşayırlar. Onlar rəsmən boşanmayıblar və ailələrini qorumaq üçün reablitasiya keçirlər.