Amerikalı kinoaktyor Erik Censenin beynində dördüncü dərəcəli xərçəng şişi aşkarlanıb.
Lent.az-ın xəbərinə görə, bu barədə aktyorun ailəsi məlumat yayıb. Aktyor cəmi 6 ay öncə beyin anevrizması xəstəliyinin cəngindən yaxa qurtarmışdı.
Xərçəng artıq aktyorun qaraciyərində metastaz verib. Bununla belə ailəsi mübarizə aparıb, aktyorun həyatını xilas etməyə qərar verib. Onun keçirəcəyi 2 əməliyyat üçün 300 min dollar tələb olunur.